İngiltərə Premyer Liqasının 20-ci turunda "Lids" "Mançester Yunayted"i qəbul edib.
Oxu.az xəbər verir ki, oyun 1-1 hesablı heç-heçə ilə başa çatıb.
Ev sahibi komandanın yarımmüdafiəçisi Brenden Aaronson 62-ci dəqiqədə hesabı açıb. Üç dəqiqə sonra "Mançester Yunayted"in hücumçusu Mateus Kunya hesabı bərabərləşdirib.
Beləliklə də, İngiltərə Premyer Liqasındakı 20 oyundan sonra "Lids" 22 xalla turnir cədvəlində 16-cı yerdədir. "Mançester Yunayted" isə 31 xalla ilk beşliyi qapayır.