Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

İngiltərə Premyer Liqası tarixinin ən yaxşı penalti yerinə yetirən futbolçuları bəlli olub
Məşhur "Opta" nəşri İngiltərə Premyer Liqası tarixində penalti zərbələrini ən dəqiq yerinə yetirən futbolçuların siyahısını açıqlayıb.
Oxu.Az xəbər verir ki, siyahıya "Çelsi"nin hücumçusu Kol Palmer başçılıq edir. O, 12 penalti zərbəsinin hər birini qolla tamamlayıb.
Karyerasını başa vuran "Mançester Siti"nin sabiq futbolçusu Yaya Ture də 100%-lik nəticəyə imza atıb. Belə ki, Yaya Ture 11 zərbənin hər birini dəqiq yerinə yetirib.
İlk üçlüyü İngiltərə millisinin yarımmüdafiəçisi Metyu Le Tisye tamamlayıb. O, 96.2%-lik nəticə ilə yadda qalıb. Tisye 26 penalti zərbəsindən yalnız birini qaçırıb.
Qeyd edək ki, Erlinq Holand, Tyerri Anri və Bukayo Saka 8-10-cu pillələri bölüşürlər.
"İngiltərə Premyer Liqası (İPL)" teqi üzrə xəbərlər
- İngiltərə Premyer Liqası: "Mançester Yunayted" autsayderə şans vermədi
- İngiltərə Premyer Liqası: London derbisinin qalibi bəlli oldu
- Holand Premyer Liqa tarixinin rekorduna imza atdı
- İngiltərə Premyer Liqası: "Mançester Siti" "Brayton" səddini keçə bilmədi
- Həftəsonu Avropanın yaşıl meydanlarında keçiriləcək ən maraqlı oyunların AFİŞASI