Topaz Premyer Liqasının 22-ci turunun bir oyunu keçirilib.
Oxu.Az xəbər verir ki, “İnter” “Kəpəz”i qəbul edib və minimal hesabla qalib gəlib.
Oyunda yeganə qolu 55-ci dəqiqədə Nizami Hacıyev vurub.
Bu qələbədən sonra Bakı təmsilçisi turnir cədvəlində 3-cü pilləyə yüksəlib.
Turnir cədvəli:
1. “Qarabağ” - 44 (21 oyun)
2. “Zirə” - 38 (21)
3. “İnter” - 34 (22)
4. “Qəbələ” - 34 (21)
5. “Kəpəz” - 32 (22)
6. “Neftçi” - 31 (21)
7. AZAL - 26 (21)
8. “Sumqayıt” - 18 (20)
9. “Xəzər Lənkəran” - 13 (21)
10. “Rəvan” - 8 (21)
F.H.
www.oxu.az