"Əvvəlcə Azərbaycan millisini qələbə münasibətilə təbrik edirəm".
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan yığması ilə keçirilən yoldaşlıq görüşündən sonra Tacikistan millisinin baş məşqçisi İqor Anqelovski deyib.
O, qarşılaşmanın çətin keçdiyini bildirib:
"Çətin oyun oldu. Rəqibin heyətində kifayət qədər yaxşı futbolçular var. Azərbaycanla əvvəlki görüşlərdə yaxşı nəticələr əldə etmişdik. Bu dəfə bizim də qol şanslarımız oldu, lakin fürsətlərdən yararlana bilmədik. Azərbaycan komandasına nailiyyətlər arzulayıram. Ümid edirəm ki, klub səviyyəsində qazandıqları uğurları milli səviyyədə də təkrarlayarlar".
Qeyd edək ki, "Palm Sport Arena"da baş tutan qarşılaşma Azərbaycan millisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.