Azərbaycanın qadın karateçisi İrina Zaretskaya Birləşmiş Ərəb Əmirliklərinin Fuceyrə şəhərində Karate1 Premyer Liqa turnirinin qalibi olub.
Oxu.Az xəbər verir ki, 68 kq-da çıxış edən idmançı finalda italiyalı Silvia Semeraro ilə qarşılaşıb. Rəqibinə 5:2 hesabı ilə qalib gələn Zaretskaya qızıl medala sahib çıxıb.
Zaretskayadan fərqli, Tural Ağalarzadə (-67 kq) finalda məğlubiyyətə üzülüb. O, həlledici görüşdə qazaxıstanlı Didar Əmirəli ilə dueldən məğlub ayrılıb və gümüş medalla kifayətlənib.
Millimizə digər mükafatı Turut Həsənov (-84 kq) qazandırıb. O, üçüncü yer uğrunda döyüşdə Robin Rötenbaxerə qalib gəlməklə fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Qeyd edək ki, Azərbaycan Karate1 Premyer Liqa turnirində 9 idmançı ilə təmsil olunub.