Azərbaycanın İslam Həmrəyliyi Oyunlarında neçə idmançı ilə təmsil olunacağı dəqiqləşib.
Oxu.Az xəbər verir ki, Yarışın Əməliyyat Komitəsindən APA-ya istinadən xəbər verir ki, yığmamız İslamiadada 335 idmançı ilə təmsil olunacaq.
Mayın 12-22-də keçiriləcək yarışda komandamız 21 növün hər birində çıxış edəcək.
Qeyd edək ki, yarışın rəsmi açılış mərasimi mayın 12-də olsa da, İslam Həmrəyliyi Oyunları ayın 8-də futbol yarışı ilə başlayacaq.
A.M.