İsmail Kartal İranın "Persepolis" klubundan ayrılmaq qərarına gəlib.
Oxu.Az "SporX"ə istinadən xəbər verir ki, təcrübəli çalışdırıcı klub rəhbərliyi ilə görüşərək ayrılmaq istədiyini bildirib.
Komanda ilə meydana çıxdığı 16 oyunda səkkiz qələbəyə sevinən İsmail Kartal ümumilikdə dörd heç-heçə, dörd məğlubiyyətlə üzləşib.
Qeyd edək ki, İsmail Kartalın klubdan ayrılmasının səbəbi İranın müharibə şəraitində olmasıdır.