"Real Madrid" futbol klubu 2026/27 mövsümündə hər matç ərzində ortalama qaçış məsafəsinə görə İspaniya La Liqasında sonuncu yeri tutur.
Oxu.Az bu barədə "Sofascore" statistika xidmətinə istinadən xəbər verir.
Yeddinci turdan sonra "kral klubu"nun futbolçuları hər oyunda ortalama 83.46 km məsafə qət edirlər - bu, İspaniya La Liqasındakı 20 klub arasında ən aşağı göstəricidir. Çempionat üzrə orta göstərici isə 93.37 km təşkil edir.
Müqayisə üçün qeyd edək ki, "Barselona" hər matçda orta hesabla 104.64 km məsafə qət edir, bu göstərici üzrə liderlik isə "Elçe"yə məxsusdur (105.61 km). İlk üçlüyə, həmçinin "Atletik Bilbao" də daxildir (103.59 km).