Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
İtaliya A Seriyası: "Yuventus" "Fiorentina" ilə bacarmadı
İtaliya A Seriyasının 18-ci turunda "Yuventus" - "Fiorentina" matçı başa çatıb.
Oxu.Az xəbər verir ki, Turinin "Allianz" stadionundakı qarşılaşma heç-heçə bitib - 2:2.
"Yuventus"dan yarımmüdafiəçisi Turam dubla imza atıb. "Fiorentina" isə yalnız 87-ci dəqiqədə məğlubiyyətdən qurtulmağı bacarıb.
Bu oyundan sonra "Yuventus" 32 xal toplayıb. Tiaqo Mottanın komandası A Seriyasının turnir cədvəlində 6-cı pillədə qərarlaşıb. "Bənövşələr" isə eyni xalla beşinci yerdədirlər. Onların ehtiyatda bir oyunu var.
"Yuventus FK" teqi üzrə xəbərlər
Ən çox oxunanlar
Rəylər