Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
"Aleksandrın simasında yalnız gülüş görə bilərdiniz" - Dostu qəhrəman pilot haqda
"Aleksandr haqqında yalnız gözəl xatirələrim var".
Bu sözləri Baku TV-yə açıqlaması zamanı Milli Qəhrəman Aleksandr Kalyaninovun dostu Anastasiya Unçiyeva deyib: "Mənim atam da pilotdur. Aleksandr ilə atam birlikdə çalışırdı. Biz ailəlikcə tez-tez görüşürdük. O, mehriban və gözəl qəlbə sahib insan idi. Təəssüflər olsun ki, onu belə tez itirdik. Aleksandrın simasında yalnız gülüş görə bilərdiniz. Bir tərəfdən təəssüflənir, digər tərəfdən isə fəxr edirəm ki, mənim dostum qəhrəman oldu. Hələ də onun ölümünə inana bilmirəm".
Daha ətraflı videomaterialda:
"Mənim həyatım, dayağım və hər şeyim bizi tərk etdi".
Bu sözləri Baku TV-yə açıqlamasında Azərbaycanın Milli Qəhrəmanı İqor Kşnyakinin həyat yoldaşı deyib.
"O, son ana qədər qəhrəmancasına dayanıb. İqor mənim yaddaşımda sevgi dolu həyat yoldaşı və insan kimi qalacaq. Hadisə baş verən gün hər zamankı kimi onu işə yola saldım, uğurlar arzuladım. Hardan bilərdim ki, belə bir hadisə baş verər".
Daha ətraflı videomaterialda:
Bakı-Qroznı reysini yerinə yetirən "Embraer-190" tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan kapitan pilot İqor Kşnyakin, pilot Aleksandr Kalyaninov və stüardessa Hökumə Əliyeva II Fəxri xiyabanda dəfn olunublar.
Oxu.Az xəbər verir ki, dəfn mərasimində dövlət və hökumət rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bakı-Qroznı reysini yerinə yetirən "Embraer-190" tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvlərinin cənazəsi dəfn olunması üçün II Fəxri xiyabana gətirilib.
Oxu.Az xəbər verir ki, hazırda dəfn prosesinə hazırlıq işləri görülür.
Daha çox foto burada: PhotoStock.az
Mərahim Nəsib
Bakı-Qroznı reysini yerinə yetirən "Embraer-190" tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvlərinin II Fəxri xiyabanda dəfn mərasiminə hazırlıq işləri görülür.
Oxu.Az xəbər verir ki, dövlət və hökumət rəsmiləri, ictimaiyyət nümayəndələri xiyabana axın edirlər.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
Qeyd edək ki, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzalayıb.
"AZAL təyyarəsinin qəzası" teqi üzrə xəbərlər
- Uçuş qorxusu nədir və ondan necə qurtulmaq olar?
- Nurulla Siracov arzusuna çatdı: Günlər sonra yaralanan xanımını gördü
- Qazaxıstanda AZAL təyyarəsində baş vermiş faciəyə mahnı həsr edildi
- Təyyarə qəzasından sonra insanların səyahət planı dəyişib?
- Aktau yaxınlığında təyyarə qəzasında yaralanan üç rusiyalı xəstəxanadan evə buraxılıb
Rəylər