İtaliya çempionatı yanvar ayının nəticələrinə əsasən ən yaxşı futbolçunu seçib. Turnirin mətbuat xidmətindən verilən məlumata görə, Turin “Yuventus”unun mərkəz hücumçusu Duşan Vlahoviç fərdi mükafat alıb.
Serbiyalı qolkiper ötən ay A seriyasında dörd oyunda iştirak edib. Hücumçu altı qol vurub. Bu görüşlərdə üç dəfə qalib gəlib, bir dəfə heç-heçə edib.
İtaliya çempionatının bu mövsümündə Vlahoviç 21 oyun keçirib. Forvard 12 qol (biri penaltidən) və üç məhsuldar ötürmə ilə yadda qalıb.
Mənbə: euro-football.ru
Rəylər