İtaliya millisinin heyətində dünya çempionu olmuş, "Milan"la UEFA Çempionlar Liqasının ikiqat qalibi Alessandro Nesta "Avellino" klubunun baş məşqçisi təyin edilib.
Oxu.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, tərəflər 2028-ci il iyunun 30-dək nəzərdə tutulan müqavilə imzalayıblar.
Ötən mövsüm "Avellino" İtaliya B Seriyasında 8-ci yeri tutub.
Alessandro Nesta məşqçilik karyerası ərzində "Mayami", "Peruça", "Frozinone" və "Montsa" klublarını da çalışdırıb.