ABŞ-nin "İnter Mayami" klubunun futbolçusu Jordi Alba Liqa Kubokunda rekorda imza atıb.
Oxu.Az xəbər verir ki, 1/16 final mərhələsində baş tutan "Toronto" ilə görüşdə İspaniya millisinin sabiq üzvü dörd məhsuldar ötürmə müəllifi olub.
Bu, Liqa Kubokunda yeni rekord kimi tarixə düşüb. Həmçinin 35 yaşlı müdafiəçinin şəxsi rekordu olub.
Qeyd edək ki, görüş "İnter Mayami"nin 4:3 hesablı qələbəsi ilə yekunlaşıb. J.Alba 2023-cü ildən ABŞ klubunun formasını geyinir.
Rəylər