“Formula-1” üzrə Kanada Qran-Prisinə yekun vurulub.
Oxu.Az Report-a istinadən xəbər verir ki, “Mercedes” komandasının britaniyalı pilotu Lüis Hemilton qalib adını qazanıb.
İkinci yeri onun komanda yoldaşı (“Mercedes”) Valtteri Bottas, üçüncü yeri “Red Bull” təmsilçisi Daniel Rikkardo tutub.
“Formula-1”-in ümumi hesabında birinci yerdə 141 xalla Sebastyan Fettel (Ferrari) qərarlaşıb. Hemilton ikincidir. Onun aktivində 129 xal var. Bottas isə 93 xalla üçüncü yerdədir.
Qran-Prinin növbəti mərhələsi 23-25 iyun tarixlərində Azərbaycanda keçiriləcək.
A.M.