Gəncənin "Kəpəz" klubunun futbolçusu Əli Səmədovun durumu açıqlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidmət məlumat yayıb.
Bildirilib ki, Misli Premyer Liqasının VI turunda "Sumqayıt"la matçda əvəzlənən yarımmüdafiəçinin sağ bud əzələsində 2 sm-lik yırtıq aşkarlanıb.
"Qarşıdakı 2-3 həftədə yaşıl meydanlardan kənarda qalacaq Ə.Səmədov növbəti turda "Araz-Naxçıvan"la oyunu buraxa bilər", - məlumatda deyilir.
Qaynar xətt:
(055) 224 12 12