"Kəpəz" klubu futbolçusu ilə müqavilənin müddətini uzadıb.
Oxu.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Sarı-göylər" Rəhman Hacıyevlə 1+1 illik yeni sözləşmə imzalayıb.
Xatırladaq ki, cinah yarımmüdafiəçisi bu ilin yanvarında komandaya qoşulub. O, başa çatan mövsümdə 16 oyuna 2 qol vurub.
Qaynar xətt:
(055) 224 12 12