"Milan" transfer pəncərəsi bağlanana qədər, yəni sentyabrın 1-dək, yeddi futbolçu ilə yollarını ayırmaq niyyətindədir.
Oxu.Az "Sky Sport Italia"ya istinadən xəbər verir ki, klubun baş məşqçisi Ruben Amorim heyətin optimallaşdırılmasını istədiyi üçün "Milan" bu addımı atmağa hazırdır.
"Milan" müdafiəçilər Fikayo Tomori, Filippo Terracciano, Pervis Estupinyan və David Odokunu, yarımmüdafiəçilər Kristofer Nkunku və Yusif Fofananı, həmçinin hücumçu Santyaqo Ximenesi satmaq niyyətindədir.
"Milan" klubunun sahibi Cerri Kardinale transfer planlarını müzakirə etmək üçün Amorimlə görüş keçirib. "Milan"da bir aylıq fəaliyyətindən sonra portuqaliyalı mütəxəssis komandasında görmək istəmədiyi futbolçuları müəyyənləşdirib.