"Sumqayıt" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Bu barədə Oxu.Az-a klubun mətbuat xidmətindən bildirilib.
Bildirilib ki, 2026/27 mövsümü üçün heyət çalışmalarını davam etdirən komanda braziliyalı yarımmüdafiəçi Lukas Bleki transfer edib.
Son klubu Braziliyanın "Ferroviario" kollektivi olan 26 yaşlı yarımmüdafiəçi ilə ikiillik müqavilə imzalanıb. O, yeni komandasında "55" nömrəli formada çıxış edəcək.

Qaynar xətt:
(055) 224 12 12