Fransa Liqa 1-də mübarizə aparan “Monako” klubu tanınmış baş məşqçisi Tyeri Anri ilə yollarını rəsmən ayırır.
Oxu.Az xəbər verir ki, knyazlıq klubu onunla müqaviləyə xitam verməyə hazırlaşır.
Bu isə fransalı mütəxəssisin 10-15 milyon avro aralığında təzminat qazanmasına səbəb olacaq. Rəhbərlik tezliklə bu məbləği verib, onunla münasibətləri pozacaq.
Yeni baş məşqçi isə komandanın Anridən əvvəlki sabiq çalışdırıcısı Liunardu Jardim olacaq.
Portuqaliyalı məşqçi ilə 2,5 illik müqavilə razılaşdırılıb. 44 yaşlı Yardimin bu gün təqdim olunması gözlənilir.
Qeyd edək ki, klub dünən ötən il oktyabrın 13-də üç illik müqavilə ilə baş məşqçi təyin etdiyi Tyeri Anrinin postunu itirdiyini rəsmən açıqlayıb. Hazırda komandanı müvəqqəti olaraq onun köməkçisi Frank Pasi məşqlərə çıxarır.