Komanda idman növlərinə nəzarəti artırmaq üçün Milli Olimpiya Komitəsinin (MOK) İcraiyyə Komitəsinin (İK) tərkibində Ekspertlər Şurası yaradılacaq.
Oxu.Az xəbər verir ki, bu barədə MOK İK-nın iclasında qərar qəbul edilib.
Bundan başqa, MOK-un Atletlər Komissiyasını sədri Fəridə Əzizovanın səsvermə hüququ olmadan İK-nın iclaslarında daimi iştirakı, həmçinin Atlanta-1996 Yay Olimpiya Oyunlarının 30 illik yubileyinin təntənəli keçirilməsi barədə məsələlər müzakirələr edilərək müvafiq qərarlar qəbul olunub.