UEFA Konfrans Liqasında yarımfinalın bütün iştirakçıları bəlli olub.
İngiltərə "Lester"indən sonra Fransanın "Marsel", Niderlandın "Feyenoord" və İtaliyanın "Roma" klubları mərhələ adlayıblar.
Pley-off mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdıran Fransa "Marsel"i 1/4 finalın cavab matçında Yunanıstanda PAOK-la üz-üzə gəlib. Minimal hesablı qələbə qazanan Marsel şəhərinin eyniadlı təmsilçisi yarımfinala yüksəlib. Yeganə qolu 34-cü dəqiqədə Dmitri Payet vurub. Fransa klubu ilk görüşdə də rəqibini məğlub etmişdi.
"Roma" evdə Norveçin "Budyo Qlimt" klubunu sınağa çəkib. İlk oyunda 1:2 hesabı ilə uduzan "canavarlar" məğlubiyyətin əvəzini 4 cavabsız qolla çıxıblar.
"Feyenoord" isə Çexiyada Praqa "Slaviya"sına 2:1 hesabı ilə qalib gəlib. Niderlanddakı qarşılaşmada heç-heçə qeydə alınmışdı.
Beləliklə, yarımfinalda "Lester" "Roma" ilə, "Feyenoord" isə "Marsel"lə üz-üzə gələcək. Bu mərhələnin ilk oyunları aprelin 28-də, cavab matçları isə mayın 5-də baş tutacaq.
UEFA Konfrans Liqası, 1/4 final
Cavab oyunları
14 aprel
"Slaviya" Praqa (Çexiya) - "Feyenoord" (Niderland) - 1:3
Qollar: Eran Zahavi, 27 - Ceyms Meddison, 77. Rikardu Pereyra, 88
İlk oyun - 0:0