“Real”ın hücumçusu Kriştianu Ronaldu İspaniya çempionatının 13-cü turunun Hihon “Sportinq”i ilə oyununda dubla imza atıb.
Oxu.Az-ın xəbərinə görə, beləliklə, portuqaliyalı İspaniya çempionatı tarixində yeddi təqvim ili ərzində 30 və daha çox qol vuran ilk futbolçu oldu.
31 yaşlı Ronaldunun hesabında cari mövsümdə 10 qol (3-ü 11 metrlik cərimə zərbəsi - penalti) var.
N.O.
www.oxu.az