Ulduz futbolçu Kriştianu Ronaldunun oğlu, Junior Kriştianu ilk dəfə 15 yaşlılardan ibarət Portuqaliya millisinə dəvət olunub.
Oxu.Az "Goal" nəşrinə istinadən xəbər verir ki, gənc futbolçu hazırda atasının çıxış etdiyi Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubunun 15 yaşlılardan ibarət komandasında oynayır.
Qeyd edək ki, Junior Kriştianu futbolçu karyerasını "Real Madrid" klubunda başlayıb, daha sonra "Mançester Yunayted"ə transfer olunub. Kriştianu Ronaldu "Ən-Nəsr" ilə müqavilə imzaladığından oğlu da Səudiyyə Ərəbistanı klubuna keçib.