Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulub.
Oxu.Az xəbər verir ki, cavab oyunları çərçivəsində son iki matç keçirilib.
İngiltərədə “Mançester Siti” ilə “Tottenhem”in dueli yeddi qolla nəticələnib. Qarşılaşmada mançesterlilər qalib gəlsələr də, yarımfinala London klubu adlayıb. Onu da qeyd edək ki, London klubu tarixində ilk dəfə 1/2 finala vəsiqə qazanıb.