"Real Madrid"in futbolçusu Lukas Vaskes komandadan ayrılıb.
Oxu.Az xəbər verir ki, bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb.
Madrid təmsilçisi sabah Vaskes üçün Florentino Peresin də iştirak edəcəyi vida mərasimi keçirəcəyini açıqlayıb.
Qeyd edək ki, Lukas Vaskes 2007-ci ildə 16 yaşı olarkən "Real Madrid"ə qatılıb. O, 2015-ci ildə əsas komandada debüt dib. İspaniyalı yarımmüdafiəçi 10 mövsüm ərzində 402 matça çıxıb. Lukas klubla 23 kubok qazanıb.