AVRO-2020-nin seçmə mərhələsinin II turunda ilk sensasiya gerçəkləşib.
Oxu.Az xəbər verir ki, futbol millimizin yer aldığı E qrupunun digər görüşündə Macarıstan öz meydanında Xorvatiyanı məğlub edub.
Macarlar dünya ikincisi olan, ötən tur millimizi 2:1 yenmiş xorvatlarla görüşdə məğlub durumda olsa da, geridönüş edə bilib. Onlar Zlatko Daliçin yetirmələrini 2:1 məğlub edib.
G qrupunun İsraildə keçirilən ilk görüşü bol qollu olub. Yəhudilər Avstriyanı 4:2 hesabı ilə məğlub edib. Bu, avstriyalıların ikinci məğlubiyyəti olub.
I qrupunda isə Şotlandiya San Marino səfərindən gözlənildiyi kimi qalib ayrılıb – 2:0.
Səbuhi MUSAYEV