“Mançester Yunayted” klubunun hücumçusu Antoni Marsyal İngiltərə Premyer Liqasının XXIV turunda “Vest Bromviç”ə qarşı oyundan sonra irqçi şüarlara məruz qalıb.
Bu barədə “Sky Sports” məlumat yayıb.
Mənbə xəbər verir ki, 25 yaşlı futbolçunun sosial media səhifəsində irqçi ifadələr və ayrı-seçkilik simvollarını ehtiva edən qəzəbli şərhlər yazılıb.
Qeyd edək ki, A.Marsyal son oyunda heç nə ilə fərqlənə bilməyib və baş məşqçi onu oyunun 66 dəqiqəsində digər komanda yoldaşı ilə əvəzləyib.
Qarşılaşma 1-1 hesabı ilə başa çatıb. Bu nəticədən sonra “Mançester Yunayted” 46 xalla ikinci, “Vest Bromviç” isə 13 xalla 19-cu yerdə qərarlaşıb.