Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Mane “Bavariya”nı “Ən-Nəsr”ə dəyişir
Sadio Mane Səudiyyə Ərəbistanına köçməyə hazırdır.
Məlumata görə, “Ən-Nəsr” “Bavariya”nın vingerinin transferində maraqlıdır. Futbolçunun Ər-Riyad klubuna keçməyə razılaşdığı bildirilir.
Almanlar seneqallı futbolçunun satışına görə 32 milyon avro və bonuslar almaq istəyirlər.
Qeyd edək ki, Mane ötən yay Münhen klubuna keçib. 31 yaşlı futbolçu Bundesliqada 25 oyun keçirib, yeddi qol vurub və beş məhsuldar ötürmə edib.
Mənbə: sports.ru
"Səudiyyə Ərəbistanı" teqi üzrə xəbərlər
Ən çox oxunanlar