Dünən İspaniyanın məşhur "Marca" nəşrinin "Qarabağ" haqqında yalan məlumat yaydığı haqqında xəbər vermişdik.
Nəşr Ağdam klubunu Qondarma Dağlıq Qarabağ Respublikasının ərazisi kimi təqdim etmişdi.
Oxu.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, "Marca" artıq yaydığı yalan informasiyaya görə "Qarabağ"dan üzr istəyib. Bu barədə klubdan məlumat verilib.
Nəşrdən kluba bildirilib ki, yazılan mətn artıq dəyişdirilib.

A.H.