"Liverpul"un sabiq hücumçusu Məhəmməd Salah "Beşiktaş"la əməkdaşlıq şərtlərini şifahi şəkildə razılaşdırıb.
Oxu.Az xəbər verir ki, bu barədə jurnalist Santi Auna "X" sosial şəbəkəsində məlumat yayıb.
Məlumata görə, misirli futbolçu Türkiyə klubunda ildə 10 milyon avro maaş alacaq. Müqavilədə əlavə 2 milyon avro bonus nəzərdə tutulub.
Salahla bağlanacaq müqaviləsi bir il müddətinə hesablanıb. Sazişdə daha bir mövsüm uzadılma imkanı da yer alacaq.
Qeyd edək ki, futbolçu ötən mövsümün sonunda "Liverpul"dan ayrılıb. O, son mövsümdə bütün turnirlərdə keçirdiyi 41 oyunda 12 qol vurub və 10 məhsuldar ötürmə edib.
"Transfermarkt" portalının məlumatına görə, Məhəmməd Salahın hazırkı bazar dəyəri 22 milyon avro təşkil edir.