Mərakeş yığması Ərəb Millətlər Kubokunun qalibi olub.
Oxu.Az xəbər verir ki, Qətərin Lusial şəhərində keçirilmiş final matçında Mərakeş millisi İordaniya yığmasını üstələyib.
Qarşılaşmanın əsas hissəsi 2:2 hesabı ilə başa çatıb. Əlavə edilmiş 100-cü dəqiqədə Mərakeş yığması daha bir dəfə fərqlənərək tarixində ikinci dəfə kuboka sahib çıxıb.