Braziliyalı futbolçu Adrianonun sosial şəbəkələrdə əlində silahla şəkilləri yayılıb.
Oxu.Az Haberler saytına istinadən verdiyi xəbərə görə, sabiq futbolçunun Braziliya üçün böyük təhlükəyə çevrilən silahlı qruplaşmaya qoşulduğu bildirilir.
Qeyd olunur ki, Braziliya hökuməti “Rio-2016” Yay Olimpiya Oyunları ilə əlaqədar ölkəyə gələn turistlərə Adrianodan kənar gəzməklə bağlı xəbərdarlıq edib.
Adriano karyerası ərzində İtaliyanın “İnter”, “Roma”, Braziliyanın “Flamenqo” və “Korintians” klublarında forma geyinib.