"Argentina millisi İspaniyadan daha zəif təsir bağışladı".
Oxu.Az ESPN telekanalına istinadən xəbər verir ki, bunu Argentina yığmasının kapitanı Lionel Messi deyib.
Əfsanəvi futbolçunun sözlərinə görə, məğlubiyyət onu kədərləndirsə də, ispanların daha üstün oynadığını qəbul edir.
Kapitan qeyd edib ki, Argentina millisi bütün gücü ilə mübarizə aparıb, lakin uduzub və bu nəticə ilə barışır. O, yığmanın indiyə qədər əldə etdiyi nailiyyətləri unutmayacağını vurğulayaraq, bütün heyətə, oyunçulara və ölkəsinə təşəkkürünü bildirib.
Qeyd edək ki, futbol üzrə dünya çempionatının (DÇ-2026) finalında Argentina İspaniyaya 0:1 hesabı ilə məğlub olub. Messi mundialın gümüş medalını alarkən göz yaşlarına hakim ola bilməyib.