Dünya ulduzu Lionel Messi üçün Zambiya millisi qol vurduğu 40-cı yığma komanda kimi tarixə düşüb.
Oxu.Az xəbər verir ki, 38 yaşlı hücumçu bu gün keçirilən yoldaşlıq görüşündə növbəti dəfə fərqlənməyi bacarıb.
Təcrübəli forvard matçın 43-cü dəqiqəsində rəqib qapısını dəqiq nişan alaraq adını tabloya yazdırıb.
Qeyd edək ki, bu qarşılaşma Argentina yığmasının rəqibi üzərində 5:0 hesablı inamlı qələbəsi ilə yekunlaşıb.