Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Mikayıl Cabbarov yüksək nəticə əldə etmiş güləşçilərimizi təbrik edib
İqtisadiyyat naziri, Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov Serbiyada keçirilən U-20 Avropa çempionatında yüksək nəticə əldə etmiş gənc idmançıları təbrik edib.
Oxu.Az xəbər verir ki, bu barədə nazir "X" sosial şəbəkəsində paylaşım edib.
"Serbiyada keçirilən U-20 Avropa çempionatında gənc güləşçilərimiz uğurla çıxış ediblər.
- Sərbəst güləş üzrə millimiz 1 qızıl, 4 gümüş və 1 bürünc medal qazanaraq komanda hesabında Avropa çempionu olub.
- Yunan-Roma güləşi üzrə millimiz 1 gümüş və 3 bürünc medalla komanda hesabında 3-cü yeri tutub.
- Qadın güləşi üzrə millimiz isə 1 qızıl medal qazanıb.
Avropa çempionatında medal qazanan bütün idmançılarımızı və məşqçilərimizi təbrik edirik. İnanıram ki, bu qələbələr daha böyük nailiyyətlərə yol açacaq", - o qeyd edib.
Xatırladaq ki, Azərbaycan güləşçiləri Avropa çempionatının sonuncu günündə 4 medal qazanıblar.
#Serbiya-da keçirilən #U20 #Avropaçempionatı-nda gənc #güləş-çilərimiz uğurla çıxış ediblər.
— Mikayil Jabbarov (@MikayilJabbarov) July 7, 2024
- Sərbəst güləş üzrə millimiz 1 qızıl, 4 gümüş və 1 bürünc medal qazanaraq komanda hesabında Avropa çempionu olub.
- Yunan-Roma güləşi üzrə millimiz 1 gümüş və 3 bürünc medalla komanda… pic.twitter.com/CAyY9KBvPJ
"Mikayıl Cabbarov" teqi üzrə xəbərlər
- Mikayıl Cabbarov Abdulla Bin Touq Al Marri ilə görüşüb
- İqtisadi-ticari əlaqələrin inkişafına dair Azərbaycan-Çin sənədləri imzalanıb
- Azərbaycanla Çin maneəsiz ticarət üzrə ikitərəfli əməkdaşlığı dərinləşdirirlər
- Pekində Azərbaycan-Çin sənədləri imzalanıb
- Mikayıl Cabbarov Çinin "PowerChina Group" şirkətinin prezidenti Vanq Bin ilə görüşüb