Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Makron seçkinin nəticələrindən sonra çıxış etməkdən imtina etdi
Fransa Prezidenti Emmanuel Makron Milli Assambleyaya (parlamentin aşağı palatası) növbədənkənar seçkinin nəticələrinə görə xalqa müraciət etməyəcək.
Bu barədə Yelisey Sarayına istinadən məlumat verilib.
Məlumata görə, dövlət başçısı lazımi qərarlar qəbul etmək üçün yeni parlamentdə mandatların bölüşdürülməsi ilə bağlı daha dəqiq məlumat gözləmək istədiyini bildirib.
Daha əvvəl bildirilib ki, Makron iyulun 7-də saat 20:00-dan sonra (Bakı vaxtı ilə 23:00) çıxış edərək növbədənkənar seçkinin nəticələrini şərh edə bilər.
Mənbə: Le Figaro
"Fransada növbədənkənar seçki" teqi üzrə xəbərlər
Ən çox oxunanlar
Rəylər