Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Mikayıl Cabbarov: “Güləş üzrə Avropa Çempionatında daha bir ilkə imza atdıq” - FOTO
“Güləş üzrə Avropa Çempionatında daha bir ilkə imza atdıq! Mariya Stadnik 10-cu dəfə Avropa çempionu tituluna sahib çıxaraq, bizi qürurlandırdı. Alyona Kolesnik isə karyerasında ilk dəfə böyüklər arasında Avropa çempionu ünvanını qazandı”.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında yazıb.
“Təbriklər, Mariya! Təbriklər, Alyona! Təbriklər, Azərbaycan güləşi!” - o qeyd edib.
#Güləş üzrə #AvropaÇempionatı-nda daha bir ilkə imza atdıq!
— Mikayil Jabbarov (@MikayilJabbarov) February 15, 2024
Mariya Stadnik 10-cu dəfə #Avropaçempionu tituluna sahib çıxaraq, bizi qürurlandırdı. Alyona Kolesnik isə karyerasında ilk dəfə böyüklər arasında Avropa çempionu ünvanını qazandı.
Təbriklər, Mariya! Təbriklər, Alyona!… pic.twitter.com/RUjD97sp2k