15 
Fev
2024
21:52
303
4
2392
Virtual karabakh

Azərbaycanın daha bir qadın güləşçisi Avropa çempionu olub

15 Fev, 2024
21:52
2392

Azərbaycanın daha bir qadın güləşçisi Avropa çempionu olub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın daha bir qadın güləşçisi Alyona Kolesnik Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında final görüşünə çıxıb.

Oxu.Az-ın məlumatına görə, 59 kiloqram çəki dərəcəsində yer alan idmançı həlledici qarşılaşmada Alina Filipoviçlə (Ukrayna) üz-üzə gəlib.

Rəqibinə qalib gələn Kolesnik karyerasında ilk dəfə qitə çempionatında qızıl medal əldə edib.

Daha əvvəl Mariya Stadnik (50 kiloqram) 10-cu titulunu rəsmiləşdirib.

Bu gün mübarizəyə qoşulan Jalə Əliyeva (57 kiloqram) 1/4 finalda, Birgül Soltanova 1/8 finalda, Elis Manolova (65 kiloqram) isə yarımfinala məğlub olub. Manolova sabah bürünc medal uğrunda görüşdə qüvvəsini sınayacaq.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşi üzrə Azərbaycan millisi Avropa çempionatında üç qızıl, iki gümüş, bir bürünc medal qazanıb. Nihat Məmmədli (60 kiloqram), Murad Məmmədov (63 kiloqram), Həsrət Cəfərov (67 kiloqram) birinci, Rəşad Məmmədov (55 kiloqram), Ülvü Qənizadə (72 kiloqram) ikinci, Beka Kandelaki (130 kiloqram) isə üçüncü yeri tutub.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri