Azərbaycanın qadınlardan ibarət futbol millisi UEFA Millətlər Liqasında Litvaya məğlub olub.
Oxu.Az xəbər verir ki, C Liqasının IV qrupunda yer alan Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda 0:5 hesabı ilə uduzub.
Yığmanın qrupdakı son oyunu Bayıl stadionunda təşkil olunub.
Azərbaycanın qadınlardan ibarət futbol millisi bu gün UEFA Millətlər Liqasında sonuncu matçına çıxacaq.
Oxu.Az xəbər verir ki, C Liqasının IV qrupunda yer alan Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda Litva yığmasını qəbul edəcək.
Bayıl stadionunda təşkil olunacaq qarşılaşmanı İsraildən olan hakimlər briqadası idarə edəcək.
Matç saat 18:00-da başlayacaq.
Qeyd edək ki, Monteneqro və Litva ilə eyni qrupda yer alan Azərbaycan millisi beş xalla ikinci pillədə qərarlaşıb. Eyni xala malik Monteneqro qrup lideridir, sonuncu yerdə olan Litvanın isə xalı yoxdur.