Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Millimiz Avropa çempionatına məğlubiyyətlə başladı
Azərbaycanın badminton millisi Bakıda keçirilən qarışıq komandalar arasında Avropa çempionatının ilk oyununda məğlub olub.
Oxu.Az xəbər verir ki, Morteza Validarvinin baş məşqçisi olduğu kollektiv I qrupda İngiltərə ilə üz-üzə gəlib.
Qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 3:2.
Digər oyunda Danimarka millisi İspaniyaya 5 cavabsız qolla qalib gəlib.
Günün keçiriləcək digər oyunları:
Fransa - Almaniya
Niderland - Çexiya
Qeyd edək ki, Azərbaycan millisi fevralın 13-də İspaniya, 14-də isə Danimarka ilə münasibətlərə aydınlıq gətirəcək.
"Badminton üzrə Avropa çempionatı" teqi üzrə xəbərlər
Ən çox oxunanlar