Futbolçu Elvin Məmmədovun yeni klubunun adına aydınlıq gəlib.
Oxu.Az-ın xəbərinə görə, millimizin sabiq futbolçusu ölkəmizi Avropa Liqasında təmsil edəcək “Sumqayıt”la anlaşıb. O, 2018/19-cu illər mövsümündə də bu klubda çıxış edib.
Qeyd edək ki, 31 yaşlı yarımmüdafiəçi fevralın 2-də “Zirə” ilə müqaviləsini qarşılıqlı razılıq əsasında pozmuşdu. O vaxtdan futbolçu klubsuz idi.
Səbuhi Musayev