Bu gün Misli Premyer Liqasında I turun növbəti oyunları keçiriləcək.
Oxu.Az xəbər verir ki, yeni mövsümün ikinci oyun günündə "Araz-Naxçıvan" "İmişli" ilə, "Sabah" isə "Kəpəz"lə üz-üzə gələcək.
Qəbələ şəhər stadionunda keçiriləcək "Araz-Naxçıvan" - "İmişli" matçı saat 18:30-da başlayacaq.
"Bank Respublika Arena"da keçiriləcək "Sabah" - "Kəpəz" qarşılaşması isə saat 20:45-də start götürəcək.
Qeyd edək ki, turun növbəti oyununda "Sumqayıt" "Neftçi"ni, "Zirə" isə "Şəfa"nı avqustun 16-da qəbul edəcək.
Tura avqustun 17-də keçiriləcək "Qarabağ" - "Şamaxı" matçı ilə yekun vurulacaq.
Mövsümün ilk qarşılaşmasında isə ötən gün "Turan Tovuz" öz meydanında "Qəbələ"ni 1:0 hesabı ilə məğlub edib
15 avqust
Misli Premyer Liqası
I tur
18:30, "Araz-Naxçıvan" - "İmişli".
Qəbələ şəhər stadionu.
20:45, "Sabah" - "Kəpəz".
"Bank Respublika Arena".