Misli Premyer Liqasında 2025/26 mövsümünün ilk hakim təyinatları açıqlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) Mətbuat Xidməti məlumat yayıb.
Mövsümün ilk "Karvan-Yevlax" - "Qəbələ" oyunu FIFA referisi Əliyar Ağayevə tapşırılıb.
15 avqust (cümə)
"Karvan-Yevlax" - "Qəbələ"
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamran Əliyev;
VAR: Rəşad Əhmədov;
AVAR: Kamran Bayramov;
Hakim-inspektor: Asim Xudiyev;
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
16 avqust (şənbə)
"İmişli" - "Turan Tovuz"
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Cavid Cəlilov;
VAR: Tural Qurbanov;
AVAR: Eyyub İbrahimov;
Hakim-inspektor: Ramil Diniyev;
AFFA nümayəndəsi: Eldəniz Musayev.
"Neftçi" - "Şamaxı"
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov;
VAR: İnqilab Məmmədov;
AVAR: Şirmamed Mamedov;
Hakim-inspektor: Babək Quliyev;
AFFA nümayəndəsi: Rüfət Əmirov.
17 avqust (bazar)
"Sumqayıt" - "Kəpəz"
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Gülnurə Əkbərzadə, Vüqar Həsənli;
VAR: Rauf Cabarov;
AVAR: Rahil Ramazanov;
Hakim-inspektor: Anar Salmanov;
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
18 avqust (bazar ertəsi)
"Zirə" - "Araz-Naxçıvan"
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Kərim Zeynalov, Elvin Bayramov;
VAR: Nicat İsmayıllı;
AVAR: Asiman Əzizli;
Hakim-inspektor: Ömər Paşayev;
AFFA nümayəndəsi: Seymur Səlimli.
Qeyd edək ki, turun "Sabah" - "Qarabağ" matçı təxirə salınıb.