“Neftçi”nin futbolçusu Katalin Tira komandadan qovulacaq.
Oxu.Az-ın Report-a istinadən məlumatına görə, bu barədə komandanın baş məşqçisi Elxan Abdullayev məlumat verib.
O, bildirib ki, futbolçunun Premyer Liqanın IX turunda “Qarabağ”la qarşılaşmanın son dəqiqələrində meydana daxil olan azarkeşi vurması yolverilməzdir:
“Bu səbəbdən Tira “Neftçi”də olmayacaq”.
S.B.
www.oxu.az