"Neftçi" PFK Emil Balayevlə yeni müqavilə bağlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə klubun sosial şəbəkə hesablarında məlumat yayılıb.
Bildirilib ki, anlaşmaya görə, təcrübəli qapıçı 2026-cı ilin yayınadək "ağ-qara" formanı geyinəcək.
Qeyd edək ki, "Neftçi"nin yetirməsi olan və 2011-2014-cü illərdə də komandanın qapısını qorumuş Balayev 2023-cü ilin yayında geri qayıdıb. O, milli komandanın heyətində 14 oyun keçirib.