İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) əməkdaşları Xuzistan əyalətində 26 nəfəri İsraillə əməkdaşlıq ittihamı ilə həbs ediblər.
Bu barədə "Azad İran" "Telegram" kanalı İran KİV-ə istinadən məlumat verib.
Məlumata görə, saxlanılan şəxslər təxribat fəaliyyətində, təhlükəsizliyə qarşı addımlarda və ictimai düşüncəni çaşdırmaqda ittiham ediliblər.
Axtarışlar zamanı rabitə, texniki və hərbi texnika ələ keçirilib.