Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

"Neftçi" heyətini "Sabah"ın kapitanı ilə gücləndirdi
"Neftçi" növbəti transferini reallaşdırıb. "Ağ-qaralar" heyətini Elvin Camalovla gücləndirib.
Oxu.Az xəbər verir ki, futbolçu artıq "Sabah" klubu ilə vidalaşıb.
2021-ci ildə "Zirə"ni "Sabah"a dəyişən yarımmüdafiəçi Vasili Berezutskinin baş məşqçi təyin olunmasından sonra əsas heyətdəki yerini itirdiyi üçün "Sabah"dan ayrılmaq qərarına gəlib.
Qeyd edək ki, Elvin Camalov "Qəbələ" futbol akademiyasının yetirməsidir. O, 2019-cu ildə bölgə klubunu "Zirə"yə dəyişib.
"Neftçi" heyətini "Sabah"ın kapitanı ilə gücləndirdi

"Elvin Camalov" teqi üzrə xəbərlər
Ən çox oxunanlar