"Neftçi"nin sabiq baş məşqçisi Miodraq Bojoviç növbəti dəfə istefaya göndərilib.
Oxu.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Monteneqrolu çalışdırıcı fevral ayında təyin olunduğu İranın "İstiqlal" klubunun baş məşqçi vəzifəsində cəmi 2 ay qala bilib.
Qeyd edək ki, Bojoviç 2023/24 mövsümünün ikinci yarısında "Neftçi"ni çalışdırıb.