Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

"Neftçi" rəsmisi: "Sponsorluq müqaviləsinin klub üçün uğurlu olacağına inanırıq"
"Neftçi" üçün önəmli gündür. Bu sözləşmənin klub üçün uğurlu olacağına inanırıq".
Oxu.Az xəbər verir ki, bunu "Neftçi"nin baş icraçı direktoru Cenk Sümer "Palms Sports" şirkəti ilə əməkdaşlıq müqaviləsi imzaladıqları tədbirdə deyib.
Funksioner sponsorluq müqaviləsi ilə maliyyə dayanıqlığının daha da yaxşılaşacağını bildirib:
"Bu müqaviləni imzaladığımız üçün qürur duyuruq. Hər iki tərəf üçün xeyirli olsun. "Neftçi" Futbol Mərkəzindəki işləri tez bir zamanda yekunlaşdırmaq istəyirik. Bütün futbolçularımızın yaxşı şəraitdə çalışması üçün əlimizdən gələni edəcəyik".
Qeyd edək ki, "Neftçi" PFK ilə "International Holding Company"yə (IHC) məxsus olan "Palms Sports" arasında bu gün 5 illik sponsorluq müqaviləsi imzalanıb.

Anar Həsənov
"Neftçi PFK" teqi üzrə xəbərlər
- "Neftçi"nin təcrübəli yarımmüdafiəçisi zədə səbəbindən millinin Haiti ilə oyununu buraxa bilər
- "Neftçi"nin yayda transfer edəcəyi ilk futbolçu BƏLLİ OLDU
- Premyer Liqa: "Neftçi" səfərdə "Kəpəz"ə məğlub oldu
- Premyer Liqa: "Sabah" - "Araz-Naxçıvan" oyununda qalib müəyyənləşməyib
- Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk oyunlarının vaxtı açıqlanıb