Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
![Nyu-Yorkda Kriştianu Ronaldunun heykəli ucaldılıb](https://images.oxu.az/2025/02/07/7gMAexwNvStLJslw1lg5Qdka5OyndcDVZy2SKDH6:1200.png)
Nyu-Yorkda Kriştianu Ronaldunun heykəli ucaldılıb
Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubunun hücumçusu Kriştianu Ronaldunun 40 illik yubileyi şərəfinə Nyu-Yorkda heykəli ucaldılıb.
Oxu.Az xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb.
Bildirilib ki, əfsanəvi futbolçunun 3.65 metr hündürlüyündə olan bürünc heykəli heykəltəraş Serxio Furnari tərəfindən hazırlanıb.
Ronaldunun heykəli Portuqaliya millisinin formasında təqdim olunur.
Ronaldu karyerasının böyük hissəsini 2009-2018-ci illərdə "Real Madrid"də keçirib. Komanda ilə birlikdə iki dəfə İspaniya çempionatının, iki dəfə ölkə kubokunun, həmçinin dörd dəfə Çempionlar Liqasının qalibi olub.
Rəylər